Bakı Beynəlxalq Avtovağzal Kompleksinə yeni mətbuat katibi təyin olunub

Tural İbadlı İnfrastruktur 24 yanvar 2022
0
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinə (BBAK) yeni mətbuat katibi təyin olunub.
"NewsCafe"nin "Report"a istinadən verdiyi məlumata görə, bu vəzifə Samir Səfərova həvalə edilib.
O, indiyə qədər "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də çalışıb.
Xatırladaq ki, BBAK 2009-cu ildə istifadəyə verilib. Kompleks 232,5 min m2 ərazini əhatə edir və burada müasir standartlara cavab verən bilet satışı məntəqəsi, gözləmə zalları, açıq və qapalı parkinq, “Avtovağzal” metro stansiyası, Ticarət Mərkəzi (Outlet), Otel, Yanacaqdoldurma məntəqəsi, telekommunikasiya, poçt xidmətləri ilə yanaşı, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərən yeni “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31