DSX-nin çavuşu üç hərbçi yoldaşını qətlə yetirib

Tural İbadlı Ölüm | Sosial 02 yanvar 2022
0
Bu gün saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib.
"NewsCafe" DSX-yə istinadən xəbər verir ki, baş çavuş E.Əvəzli bundan sonra silahını ataraq hadisə yerindən qaçıb.
Hazırda E.Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31