“Bakı Metropoliteni” işə qəbul elan edib

Tural İbadlı İnfrastruktur | Sosial 07 yanvar 2022
0
“Bakı Metropoliteni” QSC “Sərnişin platforması üzrə növbətçi” (HSPN) vəzifəsinə işçi qəbulu elan edib.
"NewsCafe" quruma istinadən xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər ali və yaxud texniki peşə təhsilli, 30 yaşa qədər, kişilər hərbi xidmət keçmiş olmalıdır.
Seçim məntiq testi və müsahibə keçirilməsi yolu ilə aparılacaq. Seçilmiş namizədlər tibbi yoxlamadan keçməklə 1 ay müddətinə xüsusi hazırlıq kursuna buraxılacaqlar.
Kursu müvəffəqiyyətlə başa vuran iddiaçılar test imtahanına cəlb olunacaqlar.
Yüksək bal toplayanlar sərnişin platforması üzrə növbətçi (HSPN) vəzifəsinə qəbul ediləcəklər.
İddiaçılar “Bakı Metropoliteni”nin rəsmi veb-səhifəsində elektron müraciət formasını doldurmalıdırlar.
Elektron ərizələr yalnız yanvar ayının 25-nə qədər qəbul edilir.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31