Baş prokuror Kamran Əliyev Moskvaya gedib

Tural İbadlı Daxili xəbərlər | Sosial 12 yanvar 2022
0
Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Prokurorluğunun yaranmasının 300 illiyinə həsr olunan tədbirlərdə iştirak məqsədilə Moskva şəhərinə səfər edib.
Bu barədə "NewsCafe"yə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Səfər çərçivəsində bir sıra ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələr və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədilə ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
Səfərin nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31