Həştərxan vilayəti ASCO ilə nəqliyyat sahəsində əməkdaşlıq etmək istəyir

Tural İbadlı İnfrastruktur 13 dekabr 2019
0
Həştərxan vilayəti ASCO ilə nəqliyyat sahəsində əməkdaşlıq etmək istəyir
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə “NewsCafe”yə ASCO-dan məlumat verilib.
Məlumata görə, görüşdə nəqliyyat sahəsində uğurlu əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılıb.
Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib ki, Xəzər üzərindən keçən Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri hövzədə su nəqliyyatının əhəmiyyətini daha da artırır. Qubernator Bakı və Həştərxanı birləşdirən ticari əlaqələrdən də danışıb. Qeyd edib ki, bu əlaqələr dinamik inkişaf edir və əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensial mövcuddur.
ASCO sədri Rauf Vəliyev şirkətin nəqliyyat və ixtisaslaşmış donanmalarının potensialından danışıb. Rauf Vəliyev Bakı və Həştərxanı birləşdirən tarixi gəmiçilik ənənələrindən də söz açıb.
Daha sonra Həştərxandan olan nümayəndə heyəti “OSK” Birləşmiş Gəmiqayırma Korporasiyasının təqdimatı ilə çıxış edib. Təqdimat zamanı şirkətin əldə etdiyi son nailiyyətlər, tikdiyi müxtəlif tipli üzən vasitələr, göstərdiyi xidmətlər haqqında ətraflı məlumat verilib.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031