Bakıda qanunsuz parklanmaya görə daha 175 şəxs cərimələnib

Tural İbadlı Daxili xəbərlər 25 yanvar 2022
0
Sabunçu və Binəqədi rayonlarında qanunsuz parklanma ilə əlaqədar bu gün keçirilən reydlər zamanı 175 nəfər cərimələnib.
Bu barədə "NewsCafe"yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsində gün ərzində keçirilən reydlərdə 90 yaxın sürücü barəsində inzibati protokol tərtib edilib.
Bakıxanov qəsəbəsində keçirilən reydlər zamanı qanunsuz olaraq parklama xidməti təşkil edən 12-yə yaxın şəxs də müəyyən edilib və onlar da inzibati məsuliyyətə cəlb olunublar.
Həmçinin Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun müxtlif ərazilərində əsasən səkilərində avtomobillərini qanunsuz olaraq saxlayan və bununla da piyadaların hərəkətinə maneə yaradan sürücülər müəyyən ediliblər.
Qeyd edilən qayda pozuntusuna yol verən 73 sürücü barəsində inzibati protokol tərtib edilib.
Nazirlikdən bildirilib ki, bu istiqamətdə Sabunçu və Binəqədi rayonlarında rayonunda yol polisi tərəfindən reydlər mütəmadi olaraq davam etdiriləcək.


Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31