Bu ildən Azərbaycana dron gətirilişi asanlaşacaq

Tural İbadlı HiTech 27 yanvar 2022
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu il dronların ölkəyə gətirilməsi və radioelektron vasitələrin qeydiyyatı prosedurlarını sadələşdirməyi planlaşdırır.
"NewsCafe" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda bildirib.
“Bürokratik əngəllər bu gün yeni texnologiyanın qarşısını alır, ona mane olur. Bu il hədəf kimi qarşımıza dronların ölkəyə gətirilməsi kimi məsələlərin sadələşdirilməsini qoymuşuq", - R. Rüstəmov qeyd edb.
Onun sözlərinə görə, prosedurların sadələşdirilməsi üçün ilk olaraq rəqəmsallaşmaya gediləcək:
“Mümkün qədər sadələşdirməyə getməyi nəzərdə tutmuşuq. İlk addım rəqəmsal transformasiyanın tətbiqidir. Texnologiyanı tətbiq etməyən, ona əli çatmayan bir startapçı hansı yeni texnologiya yaradacaq?! Eyni bir problem radioelektron vasitələrin qeydiyyatı ilə bağlıdır. Adi, elementar radioqəbuledicilərlə bağlı məsələni deyək. Onların ölkəyə gətirilib qeydiyyata salınması üçün bizim nazirliyin 3 qurumuna müraciət etmək lazımdır. Bununla yanaşı, kənar qurumların da razılığı tələb olunur. Bu isə sahibkarların 2-3 ay vaxtını alır. Artıq onunla da bağlı konkret istiqamətlər müəyyən edilib. Burada həm prosedurların sadələşdirilməsi, həm onların vahid portal üzərindən onlayn müraciət əsasında həyata keçirilməsi daxildir və bu il üçün bu prosesi tam həyata keçirməyi düşünürük”.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31