Vətəndaşlardan xəbərsiz qaz sayğacları söküldü

Tural İbadlı Sosial təminat | Siyasət 09 fevral 2022
0
Bakıda binalardan birinin qaz sayğacları sökülüb. Soyuq qış günlərində mavi yanacaqsız qalan sakinlər sayğacların "Azəriqaz" işçiləri tərəfindən aparıldığını iddia edirlər.
"NewsCafe" xəbər verir ki, üstəlik əvvəlki sayğacların yerinə yenisi də quraşdırılmayıb. Nəticədə sakinlər hazırda mavi yanacaqsız qalıb. Bəs belə bir vaxtda sayğacların sökülməsinə səbəb nədir? Əməkdaşlarımız məsələni aidiyyəti qurumla aydınlaşdırıb.
Bura Xətai rayonu, NZS qəsəbəsi Araz Novruzov küçəsidir. Həmin küçədə yerləşən 4 mərtəbəli, 8 mənzildən ibarət olan binanın qaz sayğacları sakinlərə əvvəlcədən xəbərdarlıq edilmədən "Azəriqaz"ın işçiləri tərəfindən sökülüb. Səbəb kimi isə sayğacların faktiki ünvanlarının başqa ərazidə olması göstərilib. Halbuki sakinlər sayğacların elə qurumun işçiləri tərəfindən ora quraşdırıldığını və kodlaşma aparıldığını deyirlər
Havaların soyuq keçdiyi bu günlərdə sakinlər əziyyət çəkdiklərini bildirirlər
Məsələyə ''Azəriqaz'' İstehsalat Birliyinin sözçüsü Eldəniz Vəliyev münasibət bildirib. O deyib ki, həmin sayğacların əraziyə qanunsuz quraşdırıldığı müəyyən edilib.
Qeyd edilib ki, yeni sayğaclar üçün sakinlər layihələndirməyə getməlidirlər. Bundan sonra isə onlar sayğaclarla təmin oluna bilərlər.
https://youtu.be/Qo8kNe3YHlM
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28