İlham Əliyev Bilal Ərdoğanı qəbul edib

Tural İbadlı Rəsmi xəbərlər | Sosial 05 mart 2022
0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.
"NewsCafe" xəbər verir ki, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Söhbət zamanı Bakıda keçirilən “Ənənəvi idmanın dirçəldilməsi” adlı 5-ci Beynəlxalq Etnoidman Forumunun əhəmiyyəti vurğulanıb, onun yüksək səviyyədə təşkil olunduğu bildirilib. Xalqımızın ənənəvi idman növlərinə böyük marağının olduğu qeyd edilib.
Görüşdə bu tədbirin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Sonda Bilal Ərdoğan etnoidman növlərinin və oyunlarının dünya miqyasında tanınmasında, kütləviliyinin artırılmasında xidmətlərinə, ənənəvi idman növlərinin inkişafı üçün göstərdiyi liderliyə, fədakar yanaşmasına, idmana və idmançıya daim fəal dəstəyinə görə Dünya Etnoidman Konfederasiyasının Ənənəvi İdman Mükafatları çərçivəsində “Liderlik Mükafatı”nı Prezident İlham Əliyevə təqdim edib.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031