Ağcabədidə "ASAN Xidmət"in əməkdaşı qaçırıldı

Tural İbadlı Oğurluq 10 mart 2022
0
Ağcabədidə 30 yaşlı qız qaçırılıb.
"NewsCafe"nin xəbərinə görə, Ağcabədi rayon Taxta Körpü qəsəbəsində məskunlaşan İbrahimova Tutu İdris qızı 7-i mart 2022-ci il tarixində öz şəxsi avtomobili ilə işlədiyi Ağcabədi "ASAN Xidmət” Mərkəzindən işdən çıxıb evə gedərkən, onun qarşısını kəsən şəxs və ya şəxslər qaçırıb.
T. İbrahimovanın anası Sahibə İbrahimova APA-nın yerli bürosuna açıqlamsında bildirib ki, onların şübhələrinə görə övladlarını yaxın qohumluq əlaqələri olan Qeys Cabbarov adlı şəxs qaçırıb. Lakin istər qızın, istərsədə oğlanın telefonlarının söndürülməyi ailəni daha çox narahat edir.
Qızın anası onu da bildirib ki, T. İbrahimovanı qaçıran şəxs onun avtomobilini vurub əzdikdən sonra qaçırıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA -nın sorğusuna cavab olaraq bildirilib ki, mart ayının 7-də Laçın rayon sakini, 1992-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.
@APA
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031