Bir neçə saat öncə həbs edilən əməkdar rəssam azadlığa çıxıb

Tural İbadlı Məhkəmə 30 mart 2022
0
Əməkdar rəssam Rəşad Ələkbərov həbsdən azad edilib.
"NewsCafe" xəbər verir ki, bu barədə R.Ələkbərovun vəkili Adəm Məmmədov bildirib. "Əməkdar rəssam Rəşad Ələkbərovun həbsdən azad olunması ilə bağlı tərəfimizdən verilmiş vəsatət təmin edildi", - o qeyd edib.
Xatırladaq ki, bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda vəsatət təmin edilib və R.Ələkbərov azadlığa buraxılıb.
Qeyd edək ki, bu gün axşam saatlarında Əməkdar rəssam Rəşad Ələkbərovun Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək həbs edilib.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031