Şəki Regional Miqrasiya idarəsi tərəfindən səyyar xidmət və maarifləndirmə tədbiri keçirilib

Tural İbadlı Daxili xəbərlər | Siyasət 31 mart 2022
0
Şəki regional miqrasiya idarəsinin əməkdaşları tərəfindən Qax Şəki rayonlarında yaşayan, sağlamlıq imkanları məhdud, eləcə də həssas qrupa daxil olan şəxslərə yaşadıqları ünvanlarda səyyar xidmət göstərilib.
Bu barədə "NewsCafe"yə qurumdan məlumat verilib.
Onların bir qisminə müvəqqəti olma müddətinin uzadılmasına dair sənədlər təqdim edilib. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar müraciət edənlərdən sənədlər qəbul olunaraq, miqrasiya qanunvericiliyinə dair məlumatlar verilib.
Şəki regional miqrasiya idarəsi tərəfindən həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbə heyəti ilə görüş  keçirilib. Tədbirdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri haqqında geniş məlumat verilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031