Sabah havada toz dumanı müşahidə olunacaq

Tural İbadlı Ekologiya 31 mart 2022
0
Aprelin 1-də cənub-qərb istiqamətli hava axınları vasitəsilə Afrika səhralarında formalaşan toz kütlələrinin ölkə ərazisinə daxil olacağı gözlənilir.
"NewsCafe" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, peyk görüntülərindən əldə olunan məlumata görə, respublika ərazisində, əsasən də regionlarda havada toz hissəciklərinin miqdarının normadan artıq olacağı ehtimal olunur.
G.Abbasovanın sözlərinə görə, toz dumanının davam etmə müddəti və havanın çirklənmə səviyyəsi barədə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031