Rövşən Ağayev: "Azərbaycan banklarının ABŞ və Avropadakı müxbir hesabları bağlanır"

Tural İbadlı Maliyyə-Biznes 04 aprel 2022
0
"Rusiyanın bank-maliyyə sektoruna tətbiq olunan sanksiyaların, xüsusilə ölkənin 10-dək ən iri bankının SWIFT -dən uzaqlaşdırılmasının Azərbaycanın bank sektoruna təsirləri barədə analiz aparmaq çox çətindir".
"NewsCafe" xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev yazıb.
R.Ağayev qeyd edib ki, məlumat qıtlığı nin olması əsas səbəbdir: 
"Rəsmi hakimiyyətin 10 illərdir ölkənin məhkum etdiyi informasiya qapalılığı biznesin də canına hopub. Daha doğrusu biznes hökumət, hökumət də biznes demək olduğudan, hökumət özünü biznesmen, biznes isə özünü hökumət kimi aparır. Belə olmasa idi, indi Azərbaycanın bank sektorunun hazırkı durumu, mümkün risklər və onları önləməklə bağlı mümkün addımlarla bağlı etibarlı hesabat və analizlər də çıxardı ortaya.
Aydın məsələdir ki, bizim milli bank sektorumuzun Rusiyanın üzləşdiyi sanksiyalardan təsirlənməməsi imkansızdır. Ən azından çox sadə səbəbdən ki, 3-5 bankı çıxmaq şərtilə yerdə qalan bütün bankların müxbir hesabları Rusiyanın banklarında idi. 
Səbəbini də deyim: hələ 3-4 il əvvəl bank sektorunda işləyən 2 ayrı  dostdan eşitmişdim ki, FATF-ən tələblərinə uyğun gəlmədiyini əsas gətirərək Azərbaycanın banklarının əksər hissəsinin Avropa və ABŞ banklarındakı müxbir hesabları artıq imkansızdır - hətta mövcud hesablar da bağlanırdı.
Bizim bankların Rusiya banklarında müxbir hesabının olması o deməkdir ki, azərbaycanlı fiziki və hüquqi şəxslərin dünya ilə hesablaşmaları, "VISA" və "MasterCard" kimi ödəmə kartlarından istifadə məhz Rusiyadakı müxbir hesablar sayəsində mümkündür. Yəni rus bankları vasitəçi bank kimi bizə ordakı müxbir hesablar üzərindən klirinq xidmətləri göstərir.
Bildiyim qədərilə Azərbaycan bank sektorunda üstün paya malik banklardan yalnız Beynəlxaql Bankın bilavasitə Avropa və ABŞ banklarında müxbir hesabları var. Belə hesabları olan 3-4 bank isə ölkənin bank sektorunda ən böyük paya malik olan ilk 5 bank arasında yoxdur.
Belə görünür ki, Rusiyaya qarşı sanksiyalar uzun sürərsə, Azərbaycanda banklararası müştəri axını başlayacaq. Biznes və sadə vətəndaşlar dollar və ya avro hesablarından (həmçinin yuxarıda adı çəkilən beynəlxalq ödəniş kartlarından) istifadə üçün ABŞ və Avropada müxbir hesabları olan bankları seçməyə çalışacaqlar".
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930