Müharibədə məlumat ötürən erməni zabit saxlanılıb

Tural İbadlı Xarici xəbərlər 25 aprel 2022
0
Müharibədə məlumat ötürən erməni zabit saxlanılıb Ermənistan Milli Təhlükəsizlik Xidməti Silahlı Qüvvələrin zabitini dövlətə xəyanətdə ittiham edərək saxlayıb.
"NewsCafe" “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
İş materiallarına görə, zabit başqa ölkənin xüsusi xidmət orqanları tərəfindən işə götürülüb.
O, əməkdaşlığa yazılı razılıq verərək, kod adı və xaricdəki hərbi akademiyada birlikdə oxuduğu tələbə yoldaşları, eləcə də bölməsinin komandirləri haqqında məlumat üçün 1400 dollar alıb.
Bundan əlavə, hərbçi xarici hərbi sərginin erməni iştirakçılarının şəxsi məlumatlarını, bölmənin raket sistemlərinin sayını, 44 günlük müharibə zamanı texnikanın istifadəsi və itkiləri barədə məlumatları ötürüb
MTX qeyd edir ki, zabit müharibə zamanı batareya komandirinin müavini vəzifəsini tutarkən qarşıya qoyulan tapşırıqları yerinə yetirmədiyindən Ermənistan texnikası Azərbaycan ordusu tərəfindən məhv edilib.
@Yeniavaz.com
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930