AAYDA və ASCO-nun rəhbərləri quda oldular - Foto

Tural İbadlı Mədəni-Niyyət 16 noyabr 2019
0
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli ailə həyatı qurub.
"NewsCafe" axşam.az-a istinadən xəbər verir ki, toy məclisi dünən "Böyük Saray” şadlıq evində baş tutub.
Saleh Məmmədovun oğlu "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəhbəri Rauf Vəliyevin qızı ilə evlənib.

Toyun aparıcılığını Nərgiz Cəlilova edib. Eyni zamanda ölkənin ən tanınmış sənətçiləri – Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Miri Yusif, Əməkdar artist Manana Çaparidze öz ifaları ilə səbəbkarlara təbriklərini çatdırıblar.
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930