MİDA nizamnamə kapitalı 10 manat olan şirkətə 3,4 milyon manatlıq kanalizasiya sistemləri çəkdirir

Tural İbadlı Maliyyə-Biznes | Sosial 15 dekabr 2019
0
MİDA nizamnamə kapitalı 10 manat olan şirkətə 3,4 milyon manatlıq kanalizasiya sistemləri çəkdirir
“Mənzil İnşaatı Dövlət Agentliyi” MMC (MİDA) Suraxanı rayonu, Hövsan qəsəbəsinin Qərb hissəsində inşa olunan yaşayış kompleksinin xarici kanalizasiya sistemlərinin tikintisi üçün açıq tender keçirib. “NewsCafe” xəbər verir ki, satınalma müsabiqəsinin qalibi "19 sayli Tikinti Təmir İdarəsi" MMC olub.
Nəticədə adıçəkilən şirkətlə 3 443 323,57 manatlıq müqavilə imzalanıb.
Xatırladaq ki, nizamnamə kapitalı 10 manat olan "19 sayli Tikinti Təmir İdarəsi" MMC 2011-ci ilin aprelində yaradılıb və qanuni təmsilçisi İsmayılov Elçin Mail oğludur.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031