Dövlət Agentliyi Şamaxı və Tovuzdakı “Asan xidmət” mərkəzlərinin təmizlənməsinə 426 min manat xərcləyəcək

Tural İbadlı Maliyyə-Biznes | Sosial 18 dekabr 2019
0
Dövlət Agentliyi Şamaxı və Tovuzdakı “Asan xidmət” mərkəzlərinin təmizlənməsinə 426 min manat xərcləyəcək
Azərbaycan Respublikasinin Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin elan etdiyi açıq tenderlərin qalibi "Parlaq Məkan" MMC olub.
NewsCafe” xəbər verir ki, qalib təşkilat bir il müddətində Şamaxı Tovuzdakı regional “ASAN xidmət” mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsini həyata keçirəcək.
Tender şərtlərində tender təklifi verən şirkətin bu sahədə ən azı 3 il təcrübəsi olması tələb olunur.
Məlumata görə, Dövlət Agentliyi qalib təşkilata bu işi Şamaxıda görməsi üçün 206 628 manat, Tovuzda yerinə yetirməsinə görə isə 218 964 manat ödəyəcək. Ümumilikdə isə hər iki müsabiqənin qalibi olan "Parlaq Məkan"a 425 592 manat ödənməsi nəzərdə tutulur.
Xatırladaq ki, "Parlaq Məkan" MMC 2016-cı ilin noyabrın 7-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan təşkilatın qanuni təmsilçisi Əvəz İsmayil oğlu Qurbanovdur.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031