Qaraçuxurda namizədlərin təbliğat elanları cırılıb - VİDEO

Tural İbadlı Parlament xəbərləri | Sosial 21 dekabr 2019
0
Qaraçuxurda namizədlərin təbliğat elanları cırılıb - VİDEO
Suraxanı rayon Qaraçuxur qəsəbəsi ərazisində yerləşən bələdiyyə seçkilərinə namizədlərin elanları yapışdıralan lövhələrdən elan vərəqələri silinir
NewsCafe” xəbər veirr ki, bu barədə Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizəd Mehman Hüseynov məlumat verib.
M.Hüseynovun sözlərinə görə, seçkilərin baş tutmasına 48 saata qədər vaxt qalmasına baxmayaraq artıq təbliğat plakatları sökülür.
M.Hüseynov həmin lövhələrin Qaraçuxur bələdiyyəsinin hazırki sədrinin tapşırığı ilə söküldüyün iddia edib.
O, bununla bağlı video da hazırlayıb.
Qeyd edək ki, hazırda Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Ağaqulu oğlu Nəcəfovdur.
Xatırladaq ki, bu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031