Mehman Hüseynovun Fərəc Quliyevlə bağlı MSK-dakı çıxışı - VİDEO

Tural İbadlı Parlament xəbərləri | Sosial 05 fevral 2020
0
Mehman Hüseynovun Fərəc Quliyevlə bağlı MSK-dakı çıxışı - VİDEO
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi qeydə alınan Mehman Hüseynovun həmin dairədən namizəd olan Fərəc Quliyevlə bağlı şikayətinə baxılıb.
"NewsCafe"nin xəbərinə görə, MSK-nın üzvü Ramiz İbrahimov bildirib ki, şikayətdə F. Quliyevin Mehman Hüseynova 15 min manat pul təklifi əksini tapıb.
R. İbrahimov diqqətə çatdırıb ki, həmin dairədən deputatlığa namizədliyi qeydə alınmış Etibar Əliyev və Orxan Kəngərli də eyni məsələ ilə bağlı MSK-ya müraciət edərək, F. Quliyevin bununla seçkini gözdən saldığını və buna görə də onun namizədliyinin ləğv edilməsini istəyib.
Araşdırma prosesində ərizəçilərlə əlaqə saxlanılıb və onların iclasda iştirak etmələri bildirilib.
MSK şikayəti müzakirə edib və indiki mərhələdə Fərəc Quliyevə xəbərdarlıq edilib.
Fərəc Quliyevlə bağlı yekun qərar Baş Prokurorluqda bu məsələyə baxılandan sonra veriləcək. Daha sonra MSK məsələyə yenidən baxacaq. Prokurorluğun qərarından asılı olaraq, MSK müvafiq qərar qəbul edəcək.
Mehman Hüseynov özü də MSK-nın bu gün keçirilən iclasında iştirak edib. Mehman Hüseynovun iclasdakı çıxışını təqdim edirik:
Qeyd: “İki gün əvvəl 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə həmin dairədən deputatlığa namizəd olan F. Quliyevlə danışığının səs yazısını yayıb. Səs yazısında F. Quliyevin Mehman Hüseynova 10-15 min manat pul təklifi əksini tapıb. F. Quliyev isə sonradan məsələyə münasibət bildirərək həmin pulu M. Hüseynovun müalicəsi üçün təklif etdiyini, M. Hüseynovun danışığın səs yazısını montaj edərək yaydığını bildirib.
[media=https://www.youtube.com/watch?v=Sq9TKZogbRk&feature=emb_logo]
@Pravda.Az
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829