MSK: Fərəc Quliyevlə bağlı şikayətə baxılacaq

Tural İbadlı Parlament xəbərləri | Sosial 04 fevral 2020
0
MSK: Fərəc Quliyevlə bağlı şikayətə baxılacaq
31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynovun həmin dairənin digər namizədi Fərəc Quliyevlə bağlı şikayəti Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olub.
"NewsCafe" xəbər verir ki, bu barədə "Report"a MSK-dan bildirilib.
"Qanunvericiliyə uyğun qaydada müraciətə baxılacaq", - MSK-dan əlavə olunub.
Xatırladaq ki, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə eyni dairədən digər namizəd Fərəc Quliyevlə olan söhbətinin səs yazısını yayıb. Səs yazısında Mehman Hüseynova pul təklif olunur.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyev mətbuat vasitəsilə seçkilərdə rəqibi olan Mehman Hüseynovun aralarında olan söhbətlə bağlı yayımladığı səs yazısına münasibət bildirib. O, səs yazısının ona aid olduğunu, lakin montaj edildiyini deyib:

“Mehman Hüseynovdan vəkilim olması və fəal şəkildə təbliğatımı aparmasını istədiyimdə, şiş xəstəliyindən əziyyət çəkdiyini və biopsiya materialını (şişdən götürülən materialı) laboratoriyaya analizə verdiyini bildirdi. Əgər nəticələr pis olarsa (Allah şəfasın versin və günahlarından keçsin), ümumiyyətlə, seçkidən çəkiləcəyini bildirdi. Mən ona konsentrasiyanı pozma, nəticə nə olur olsun (labaratoriya nəticələri) 10-15 min manatlıq bir müalicədir. Dəstək olacağıq, dostlarını səfərbər edərik deyərək təsəlli verdim”.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829