"Rabitəbank"ın kartlarından əlavə vəsaitlər silinib - YENİLƏNİB - Foto

Tural İbadlı Maliyyə-Biznes | Sosial 25 dekabr 2019
0
"Rabitəbank"ın kartlarından əlavə vəsaitlər silinib - YENİLƏNİB - Foto
AzeriCard” MMC-nin səhvi üzündən "Rabitabank" ASC-nin plastik kartlarından vəsaitlərin silinməsi baş verib.
"NewsCafe" xəbər verir ki, bu barədə Bankın müştərilərinə göndərdiyi mesajda bildirilir:
"Hörmətli müştəri, "Azericard" prosessinq mərkəzinin səhvi ilə bağlı 19 dekabrdan sonrakı kommunal ödənişləriniz 2 dəfə silinib. Səhv silinən məbləğ geri qaytarılacaq. Narahatlığa görə üzr istəyirik" - deyə xəbərdarlıqda bildirilir.
Xatırladaq ki, “AzeriCard” 21 banka xidmət göstərir.
Azericard"dan "Report"a verilən açıqlamada isə deyilir ki, prosessinq mərkəzində hər hansı problem aşkar edilməyib:
"Nəzərinizə çatdırmaq istəyirik ki, bu mesaj "Azericard"dan asılı olmayan səbəblərdən müştərilərə göndərilib. Araşdırmalar aparılır və tezliklə ətraflı məlumat veriləcək".
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031