"Rabitəbank"ın mənfəəti 5 dəfə azalıb

Tural İbadlı Maliyyə-Biznes | Sosial 21 yanvar 2021
0
Azərbaycanın aparıcı banklarından olan "Rabitabank" ASC 2020-ci ilin 4-cü rübünün nəticələrini açıqlayıb. 
"NewsCafe" xəbər verir ki, 2020-ci ildə bankın fəaliyyətinin əsas göstəricisi  - xalis mənfəət 5 dəfə azalıb. 
Hesabata əsasən, 2020-ci ildə "Rabitəbank"ın aktivləri 12,3% artaraq 1 yanvar 2021-ci il tarixinə 831 milyon manat təşkil edib. Hesabat dövrü ərzində bankın kredit portfeli də 12,2% artaraq 432 milyon manata yüksəlib. 
Bununla yanaşı, "Rabitəbank"ın kredit portfeli əsasən ipoteka (65%) və istehlak kreditlərinin (11%) hesabına artıb. Bankın biznes kreditlərində isə iki dəfəyə yaxın azalma var. Belə ki, 2020-ci ilin sonuna biznes kreditləri portfelinin həcmi 109,3 milyon manat olub ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 90və ya 1,9 dəfə azdır.. 
Hesabata əsasən, 2020-ci illə "Rabitabank"ın mənfəəti 5 dəfədən çox azalıb. Belə ki, Bank 2020-ci ili 2,2 milyon manat mənfəətlə başa vurub. Əvvəlki ilin analoji dövründə isə xalis mənfəət 11,1 milyon manat idi.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031