Texniki səbəblərə görə "Unibank"ın kartlarında pullar silindi - RƏSMİ AÇIQLAMA

Tural İbadlı Maliyyə-Biznes | Sosial 07 yanvar 2020
0
Texniki səbəblərə görə "Unibank"ın kartlarında pullar silindi - RƏSMİ AÇIQLAMA
Bu gün axşam saatlarından etibarən "Unibank" ASC-nin debet kartlarından vəsaitlərin silinməsinə başlanıb. "NewsCafe" xəbər verir ki, bu barədə Bankın plastik kart istifadəçiləri məlumat verib.
Məlumata görə, silinən vəsaitlərin məbləği müştəridən asılı olaraq dəyişir. Bəzi kart istifadəçiləri isə əksinə balansına əlavə vəsaitlərin yekləndiyini açıqlayıblar.
Bankın yaydığı açıqlamada yaranan problemin texniki yenilənmə ilə bağlı olduğu bildirilib:
"Bayram günlərində aparılan profilaktik işlərlə bağlı bəzi kartların balansında dəyişikliklər olub. Hazırda sistemdə texniki yenilənmələr gedir. Bank əməkdaşları məsələnin həlli ilə məşğuldurlar.
Narahatlığa heç bir əsas yoxdur. Ən qısa müddət ərzində kartların balansı bərpa ediləcək. Xahiş edirik narahat olmayasınız"-deyə "Unibank"ın açıqlamasında deyilir.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031