Prezident sual verdi, Elman Rüstəmovun "dili dolaşdı" - VİDEO

Tural İbadlı Daxili xəbərlər | Sosial 13 yanvar 2020
0
Prezident sual verdi, Elman Rüstəmovun "dili dolaşdı" - VİDEO
Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
"NewsCafe" xəbər verir ki, müşavirədə ölkə başçısı ilə yanaşı digər məmurlar da çıxış edib.
Müzakirələr zamanı Azərbaycan Prezidenti Mərkəzi Bankın sədri Elman Rüstəmova da çıxış etmək üçün icazə verib.
Elman Rüstəmovun çıxışından sonra ölkə başçısı əmanətlərdəki dollarlaşma səviyyəsini soruşub. AMB sədri və iclasdakı digər rəsmilər Prezidentin “Dollarlaşmada ilə vəziyyət necədir?” sualına dərhal dəqiq cavab verə bilməyiblər.
Həmin dialoq belə olub:
Prezident İlham Əliyev: Dollarlaşma səviyyəsində vəziyyət necədir? Çünki bir neçə ilə əvvəl dollarda qoyulan əmanətlərin həcmi 80%-i ötürdü. İndi, hal-hazırda vəziyyət necədir?
Elman Rüstəmov: Cənab Prezident dollarlaşma azalmaqda davam edir. Bu daha çox əmanətlərdə hiss olunur.
Prezident İlham Əliyev: Bəli əmanətlərdə.
Elman Rüstəmov: Çünki bilirsiniz ki, əmanətlərdə faiz dərəcələri daha yüksəkdir. Biz görürük ki, kreditlərdə 3%-ə qədər, əmanətlərdə daha çox, 6%-ə qədər dollarlaşma səviyyəsi aşağı düşür. Bu təbii ki, milli valyuta olan manatın …
Prezident İlham Əliyev: Faiz nisbəti nə qədərdir?
Elman Rüstəmov: Bu gün təxminən cənab Prezident....
Prezident İlham Əliyev: 55% Natiq Əmirov?
İclas iştirakçıları: 50-55%
Prezident İlham Əliyev: 55%?
Elman Rüstəmov: Cənab Prezident icazənizlə baxardım rəqəmə (qarşısındakı vərəqlərə baxmağa başlayır).
Natiq Əmirov: 63%-ə düşüb.
Prezident İlham Əliyev: Manatda yoxsa dollarda?
Natiq Əmirov: Dollarda
Prezident İlham Əliyev: Amma tendensiya müsbətdir.
Elman Rüstəmov (qarşısındakı vərəqi oxuyaraq): Cənab prezident cari ildə kreditlərin dollarlaşması 38%-dən 35%-ə, fiziki şəxslərin əmanətlərində isə birdən 62%-dən 54%-ə düşüb.Təxminən 12%-ə qədər (red. əslində faiz bəndi olmalıdır) düşüb.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031