Prezident Maliyyə nazirinə: “Mən sadə sual verirəm, sən isə başlayırsan leksiya oxumağa” - VİDEO

Tural İbadlı Daxili xəbərlər | Sosial 13 yanvar 2020
0
Prezident Maliyyə nazirinə: “Mən sadə sual verirəm, sən isə başlayırsan leksiya oxumağa” - VİDEO
Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
NewsCafe” xəbər verir ki, müşavirədə ölkə başçısı ilə yanaşı Azərbaycan hökumətində təmsil olunan şəxslər də çıxış edib.
Prezident büdcə, gəlirlər və xərclər haqqında danışan Maliyyə naziri Samir Şərifovdan gələn il xarici dövlət borcu üzrə hansı məbləğdə vəsait qaytarmağı planlaşdırıdıqlarını soruşub. Nazirin suala uzun cavab verməsinə ölkə başçısı irad tutub:
"Mən sadə sual verirəm, sən isə başlayırsan leksiya oxumağa" deyərək, ondan cavabı konkretləşdirməsini istəyib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031