Prezident İlham Əliyev: “Biz tütün istehsal edən ölkəyik, amma siqareti idxal edirik”

Tural İbadlı Daxili xəbərlər | Sosial 13 yanvar 2020
0
Prezident İlham Əliyev: “Biz tütün istehsal edən ölkəyik, amma siqareti idxal edirik”
Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.
NewsCafe” xəbər verir ki, müşavirədə ölkə başçısı Azərbaycana siqaret idxalının mövcudluğundan narahatlığını dilə gətirib:
Keçən il böyük siqaret fabriki Azərbaycanda açılıb. Yəni biz daxili tələbatı yerli istehsal hesabına təmin etməliyik və mövcud olan siqaret fabriki demək olar ki, yenidən qurulub. Bu da paradoksdur. Biz tütün istehsal edən ölkəyik, amma siqareti idxal edirik. O ölkələrdən ki, orada tütün bitmir. Onlar tütünü bizdən alır, emal edir, siqareti buraxır, bizə satır. Buna son qoyulmalıdır. Ona görə də bu məsələ də diqqət mərkəzindədir”-deyə ölkə başçısı əlavə edib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031