Fəzail Ağamalı: "Mənə küt alətlə hücum edildi" - FOTO

Tural İbadlı Parlament xəbərləri | Sosial 06 fevral 2020
0
Fəzail Ağamalı: "Mənə küt alətlə hücum edildi" - FOTO
60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya küt alətlərlə hücum edilib.
"NewsCafe" xəbər verir ki, bu barədə F.Ağamalı özü bildirib.
Onun sözlərinə görə, hadisə Salyan rayonunun Qarabağlı kəndində seçicilərlə keçirdiyi görüşü başa çatdırandan sonra baş verib: "Deputatlığa namizəd Kamil Müsəvi müxtəlif bölgələrdən gətirdiyi insanlar ilə birlikdə aqressiv şəkildə üzərimə hücum etdi. Söyüş və təhqiramiz davranışlarla mənə və tərəfdarlarıma fiziki təzyiq göstərdilər. Minik maşınıma əllərindəki küt alətlərlə zərbələr vurmağa başladılar".
F.Ağamalı hadisə ilə bağlı Baş Prokuror Zakir Qaralova, Daxili İşlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət edib.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829