Gömrük-keçid məntəqələrinə təcili tibbi yardım avtomobilləri cəlb edib

İnfrastruktur | Sosial 22 fevral 2020
0
Gömrük-keçid məntəqələrinə təcili tibbi yardım avtomobilləri cəlb edib
Çində aşkarlanan, dünyanın bir sıra ölkələri ilə yanaşı, qonşu İranda da müşahidə olunan koronovirus epidemiyasına qarşı həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində ölkəmizin gömrük-sərhəd keçid məntəqələrində nəzarət tədbirləri daha da gücləndirilib.
“Newscafe” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, İrandan ölkə ərazisinə daxil olan şəxslərin bədən hərarəti ölkə sərhədini keçən anda, inzibati binaya daxil olmadan portativ termometrlərlə yoxlanılır. Bu məqsədlə gömrük-sərhəd keçid məntəqələri əlavə 20 ədəd portativ termometrlə təchiz olunub. Eyni zamanda, təcili tibbi yardım avtomobilləri birbaşa postların ərazisinə cəlb olunub və 24 saat növbəli rejimdə fəaliyyət göstərirlər.
Bundan başqa, Səhiyyə Nazirliyi və TƏBİB-in əməkdaşları gömrük-keçid məntəqələrində həyata keçirilən profilaktik tədbirlərlə əyani şəkildə tanış olublar və aşkar olunan riskli hallarda birgə fəaliyyətin koordinasiya edilməsi məsələləri müzakirə edilib.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829