MSK daha 2 məntəqənin nəticələrini ləğv edib

Daxili xəbərlər | Sosial 22 fevral 2020
0
MSK daha 2 məntəqənin nəticələrini ləğv edib
MSK-nın iclasında 11 saylı Qaradağ seçki dairəsindən namizəd Kamil Paşayevin müraciətinə baxılıb.
“newscafe” xəbər verir ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.
Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü dairə üzrə müşahidəçilərə müşahidə aparmağa üçün imkan verilmədiyini qeyd edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Müraciətlə bağlı 3 istiqamətdə araşdırma aparılıb. Ekspert qrupu müraciəti hərtərəfli araşdırıb. Araşdırma zamanı yalnız 1 seçki məntəqəsində pozuntular aşkar edilib. Məhz bu səbəbdən həmin dairə üzrə 25 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılmalıdır”.
İclasda həmin dairənin 1 seçki (25 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edilib.

Mənbə: Report
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829