İtkin düşən gəlinlər Elman Nəsirovun qonşularıdır

Tural İbadlı Hadisə | Sosial 06 mart 2020
0
Cəlilabad rayonunda bir ailədən iki gəlinin yoxa çıxması ilə bağlı yeni məlumatlar üzə çıxıb.
"NewsCafe"nin əldə etdiyi məlumata görə, həmin şəxslər Milli Məclisin deputatı Elman Nəsirovun həmkəndliləri və qonşularıdır.
Hazırda gəlinlərin axtarışları kənd sakinləri tərəfindən davam etdirilir.
Məlumata görə, E.Nəsirov özü də hazırda Təzəkənd kəndindədir. O, bu gün səhər Cəlilabad rayonuna yola düşüb.
Qeyd edək ki, martın 4-də rayonun Təzəkənd kənd sakinləri olan iki gəlinlər gecə ikən evdən çıxıblar. Onların hər ikisinin evli olduğu bildirilir. Qeyd olunub ki, qadınlar gecə saat 12:00-da evdən qonşuya getmək adı ilə çıxıblar. Gəlinlərin itkin düşməsi ilə bağlı Daxili İşlər Nazirliyinin “102” zəng xidməti mərkəzi və hüquq–mühafizə orqanlarına müraciət edilib.
@Pravda.Az
Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031