Bakıda xəstəxana işçisi itkin düşüb

Tural İbadlı Hadisə 21 dekabr 2019
0
Bakıda xəstəxana işçisi itkin düşüb
Bakıda 82 yaşlı kişi itkin düşüb.
"NewsCafe"nin xəbərinə görə, hadisə dekabrın 21-də paytaxtın Binəqədi rayon ərazisində baş verib.
Belə ki, Qarayev adına Uşaq Xəstəxanasında texniki işçi kimi çalışan 1937-ci il təvəllüdlü Abdulla İsgəndər oğlu Namazov səhər saat 05:00 – 06:00 radələrində yaşadığı Biləcəri qəsəbəsi, 1 May küçəsi ünvanından çıxıb.
Onun geri qayıtmadığını görən yaxınları həmin şəxsin işə gedib çatmadığını öyrəniblər.
Yaxınlarının sözlərinə görə, yaddaşsızlıq problemləri olan itkin şəxs evdən çıxarkən əynində qara palto, qara şalvar və qara papaq ("kepka") olub.
A.Namazovun yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib.
Oxşar xəbərlər
Təqvim
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031