ASCO Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manat köçürdü

Tural İbadlı İnfrastruktur | Sosial 23 mart 2020
0

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) korporativ sosial məsuliyyəti çərçivəsində koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin müvafiq qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub. Bu barədə “NewsCafe”yə ASCO-dan məlumat verilib.

Məlumata görə, ASCO Fonda 500 000 manat məbləğində vəsait köçürüb. Eyni zamanda, koronavirusla bağlı ASCO-nun struktur idarələrində əməkdaşlar arasında maarifləndirmə tədbirləri davam etdirilir. Həmçinin, şirkətdə rəhbər şəxslərdən ibarət qərargah və “qaynar xətt” də fəaliyyət göstərir.

Oxşar xəbərlər
Təqvim
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031