May və iyun aylarında əhaliyə veriləcək elektrik enerjisinə güzəşt olacaq

Tural İbadlı Energetika 14 aprel 2020
0
Aprel ayından etibarən növbəti 2 ay üçün vətəndaşların elektrik enerjisindən aylıq istifadə limiti artırılıb. 
"NewsCafe"nin məlumatına görə, bunu "Azərişıq" ASC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi Qalib Həmidov deyib. 
Onun sözlərinə görə, aprel və may aylarında vətəndaşlar istifadə etdikləri elektrik enerjisinə görə limit 100 KVt artırılır: "Nazirlər Kabinetinin qərarı ilə enerji sərfiyyatı 300 kVt limit 400 kVt-a qaldırılıb. 
Aprel ayında gələn ödəniş qəbzində enerji sərfiyyatı limitinin 300 kVt hesablanması çaşqınlıq yaratmasın. Çünki aprel ayında gələn ödəniş qəbzi mart ayı üçün hesablamadır. Ona görə də aprelin əvvəli təqdim edilən qəbzdə 300 kVt hesablanıb. May və iyun aylarında təqdim edilən göstəricidə limit 400 kVt olacaq. Bu proses iki ay davam edəcək. Aprel və may ayları üçün 400 kVt olacaq".
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930