Hindistanın məşhur aktyoru vəfat edib

Tural İbadlı Ölüm 29 aprel 2020
0
Hindistanın tanınmış aktyorlarından İrfan Xan (Irrfan Khan) 53 yaşında Mumbay şəhərində vəfat edib.
NewsCafe” xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddətdir qalın bağırsaq şişindən əziyyət çəkən aktyor 2018-ci ilin mart ayından Londonda müalicə olunurmuş.
O, son aylar yatdığı Mumbaydakı xəstəxanada günorta saatlarında dünyasını dəyişib.
80-dək filmdə çəkilmiş İrfan Xan Bollivudun ənənəvi romantik rollarında çəkilsə də, eyni zamanda Hindistan kinosunun səciyyəvi simalarından olaraq həm də Hollivudun “Pi həyatı”, “Gecəqondu milyonçusu”, “Yura dünyası” kimi məşhur ekran əsərlərində də yaddaqalan obrazlar yaradıb.
Ölkə prezidenti Ram Nat KovindTwitter” hesabında mərhumu “nadir istedad və brilyant aktyor” olaraq səciyyələndirib.




@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930