Hindistan prezidenti hospitala yerləşdirilib

Tural İbadlı Xarici xəbərlər 26 mart 2021
0
Hindistanın prezidenti Ram Nath Kovind martın 26-da Nyu Dehlidə döş qəfəsində hiss etdiyi narahatlığa görə hospitala yerləşdirilib.
NewsCafe” xəbər verir ki, məlumatı Hindistanın "PTİ" dövlət informasiya agentliyi yayıb.
“Hindistan prezidenti döş qəfəsində narahatlıq hiss etdikdən sonra “Research and Referral” hərbi hospitalına yerləşdirilib. O, adi yoxlamadan keçib, nəzarət altındadır. Prezidentin səhhəti sabitdir”, məlumatda bildirilib.
Hindistan prezidentinin sağlamlığı ilə bağlı başqa informasiya yayılmayıb.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031