5 il öncə dənizdə itkin düşən neftçilərin meyitləri tapıldı

Tural İbadlı Energetika | Sosial 08 may 2020
0
2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən neftçilərdən ikisinin meyiti tapılıb.
"NeüsCafe" xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı feysbuk hesabında paylaşım edib.
Məlumata görə, meyiti tapılan neftçilər 1973-cü il təvəllüdlü Əliyev Əyyub Xəlil oğlu1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz İsmayıl oğludur. Yaxınlarının məlumatına görə, meyitləri tapılan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər onların üzərində olub.
Xatırladaq ki, qəza baş verən zaman platformada olan 63 işçidən 33 nəfəri xilas edilib, 11 nəfər həlak olub, 19 nəfər isə itkin düşüb. Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.
Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031