Çempionlar Liqası: Mövsümün qalan hissəsinin təqvimi rəsmiləşdi

Futbol | Sosial 17 iyun 2020
0

UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün qalan hissəsinin təqvimi açıqlanıb.

"NewsCafe"in məlumatına görə, bu barədə qitə futbol qurumunun yarışların təşkili üzrə direktoru Corco Marketti bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, turnirin oyunları 1/4 final mərhələsindən etibarən 12-23 avqust tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda "8-lər finalı" formatında keçiriləcək.

1/8 final mərhələsinin cavab qarşılaşmaları 7-8 avqustda oynanılacaq. Həmin matçların yeri barədə yaxın həftələrdə yekun qərar qəbul olunacaq.

12-15 avqust

1/4 final

18-19 avqust 

Yarımfinal

23 avqust

Final

2021-ci ildə Çempionlar Liqası finalı Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda, 2022-ci ildəki həlledici qarşılaşma isə Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı arenada olacaq.

2023-cü ildəki final matçı Almaniyanın Münhen şəhərindəki Münhen Arenada, 2024-cü ildə isə İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda baş tutacaq.

Oxşar xəbərlər
Təqvim
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930