Avropa Yenidənqurma və İnkişaf Bankı "Unibank"dakı payını satıb

Maliyyə-Biznes | Sosial 18 iyun 2020
0

"Unibank" ASC-nin səhmlərinin 9%-nə nəzarət edən Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) payını digər səhmdara - Bankın Müşahidə Şurasının sədri Eldar Qəribova satıb. 

"NewsCafe" bu barədə Banka istinadən xəbər verir. 

Beləliklə, E.Qəribovun payı 77,4%-dən 86,4%-ə yüksəlib. 

“Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov rəhbərlik etdiyi maliyyə qurumunun EBRD-nin ilk investisya etdiyi Azərbaycan bankı olduğunu və 2003-cü ildən bu yana birgə fəaliyyətin çox uğurlu əməkdaşlıq nümunəsi olduğunu bildirib: “Uzun illər “Unibank”ın səhmdarı kimi EBRD-nin bankın fəaliyyətində xüsusi iştirakı və mühüm rolu olub. EBRD uğurlu korporativ idarəçilik təcrübəsini gətirməklə yanaşı, daha mürəkkəb illərdə Bankın nizamnamə kapitalının artırılmasında iştirak edib və dəstəyini göstərib. Onun dəstəyi nəticəsində "Unibank" bu dəyişiklik mərhələsindən uğurla keçib. Bütün səhmdarlarımız adından indiyə qədər “Unibank”ın inkişafına verdiyi töhvəyə görə, EBRD rəhbərliyinə təşəkkürümüzü bildiririk”.

EBRD-nin Bakı Ofisinin rəhbəri xanım İvana Duarte isə bildirib ki, “Unibank”la əməkdaşlıq təmsil etdiyi qurumun Azərbaycanın bank sektorunda fəaliyyətinin çox uğurlu nümunəsidir. O, vurğulayıb ki, EBRD “Unibank”la birgə bir çox uğurlu layihələrə imza atıb və bankın kapitalının gücləndirilməsində iştirak edərək dəstək göstərib: "2003-cü ildən EBRD və "Unibank" birlikdə uzun və səmərəli bir yol keçiblər, gələcəkdə də müxtəlif sahələrdə bankla əməkdaşlıq davam etdiriləcək". 

Qeyd edək ki, maliyyə inkişafı institutu olaraq, EBRD-nin əsas rolu özəl sektorda olan şirkətləri maliyyələşdirmək, kapitalında payçı kimi çıxış edib, onların instusional inkişafında iştirak etmək və dəstək olmaqdan ibarətdir. Qoyulmuş hədəflərə çatdıqdan sonra EBRD-nin mandatı şirkət və bankların səhmdarları sırasından mərhələli çıxışını nəzərdə tutur.

EBRD ilə olan bu əməkdaşlıq “Unibank”a böyük təcrübə qazandırıb və bu təcrübə qarşıdakı illərdə də bankın inkişafında özünü göstərəcək.

Oxşar xəbərlər
Təqvim
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930