"Barselona" yeni baş məşqçi ilə iki illik müqavilə imzalayacaq

Futbol | Sosial 17 avqust 2020
0


Futbol üzrə Niderland millisinin baş məşqçisi Ronald Kuman İspaniya "Barselona"sına rəhbərlik etməyə yaxındır. 

"NewsCafe" "El Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ilə 57 yaşlı mütəxəssis arasında danışıqlar son mərhələdədir. Tərəflər razılığa gəlmək üzrədir. 

Niderlandlı baş məşqçinin "Barselona" ilə iki illik müqavilə imzalayacağı iddia olunur. 

Qeyd edək ki, "Barselona"nın prezidenti Xosep Bartomeu baş məşqçi Kike Setyenlə vidalaşdıqlarını açıqlayıb. Komanda UEFA Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub.

Oxşar xəbərlər
Təqvim
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31