“Amrah Sığorta” nizamnamə kapitalını artırıb

Maliyyə-Biznes | Sosial 11 avqust 2020
0

“Amrah Sığorta” ASC nizamnamə kapitalını 300 min manat və yaxud 6% artıraraq 5 milyon manatdan 5,3 milyon manata çatdırıb.

“Newscafe” xəbər verir ki, bu barədə şirkətin direktoru Emil Ağasıyev məlumat verib.

Onun sözlərinə görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 200 manat olan 1 500 ədəd yeni səhm buraxılıb. Qiymətli kağızları “Amrah Sığorta”nın mövcud səhmdarları paylarına uyğun şəkildə əldə ediblər. Başqa sözlə, şirkətin səhmdarlarının pay bölgüsü dəyişməyib. Yerləşdirmə “Azfinance İnvestisiya Şirkəti” QSC-nin dəstəyi ilə baş tutub.

“Amrah Sığorta”nın vəsaitinin cüzi hissəsi lisenziyası ləğv olunmuş “Amrah Bank” ASC-də qalıb. Həmin pulu ləğvedici (Azərbaycan Əmanətlərin Sığortalanması Fondu) növbəlilik əsasında nə vaxtsa bizə qaytaracaq. Amma kapital artımını zəruri edən əsas amil şirkətin bu ilin sonuna qədərki xərcləri ilə bağlı ehtiyatların formalaşması tələbidir. Ümumilikdə, təxminən 250 min manat əlavə vəsaitə ehtiyacımız var idi, səhmdarlar həmin pulu artıqlaması ilə təmin etdilər”, - deyə E.Ağasıyev qeyd edib.

Xatırladaq ki, "Amrah Sığorta" 1993-cü ildə "Dəniz Biznes" adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Şirkətin səhmlərinin 85%-i Yunis İldırımzadəyə ("Amrah Bank"ın 53,16%-lik səhmdarı, 15%-i isə Əmrah İldırımzadəyə ("Amrah Bank"ın 0,33%-lik səhmdarı) məxsusdur.

 

 

 

 

 “Report”

Oxşar xəbərlər
Təqvim
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31