“Amrah Sığorta”nın gələcəyi səhmdarının evində müzakirə olunacaq

Tural İbadlı Maliyyə-Biznes 15 sentyabr 2020
0
Oktyabrın 16-da, saat 11:00-da “Amrah Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
NewsCafe” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bununla belə, yığıncaq "Amrah Sığorta"nın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 717-ci məhəllə ünvanında deyil, şirkətin səhmlərinin 85%-nə nəzarət edən Yunis İldırımzadənin Bakı şəhəri, Nərimanov rayonu, Rasim Muxtarov küçəsi, 38 ünvanında yerləşən evində olacaq.  "Amrah Sığorta"nın səhmlərinin qalan 15%-i isə Y.İldırımzadənin oğlu Əmrah İldırımzadəyə məxsusdur. Beləliklə, ata və oğul şirkətin gələcəyini müzakirə edəcəklər.
Xatırladaq ki, "Amrah Sığorta" 1993-cü ildə "Dəniz Biznes" adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 5,3 milyon manatdır.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930