Akif Çovdarovun qudasına vəzifə verildi

Maliyyə-Biznes | Sosial 21 sentyabr 2020
0
2017-ci ildə lisenziyası ləğv edilmiş “Dəmir Bank” ASC-nin 1994-2016-cı illərdə İdarə Heyətinin sədri olmuş Roman Əmircanov gələn aydan sığorta sektorunda işə başlayacaq.
NewsCafe” “Report”a istinadən xəbər verir ki, məşhur bankir yeni yaradılmış “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-də auditor kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, yeni sığorta şirkəti ötən ay yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14,3% payla 7 yerli sığorta şirkəti - "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta" və "Bakı Sığorta" ASC-lərdir.
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır.
Xatırladaq ki, R.Əmircanov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yüksək rütbəli sabiq məmuru Akif Çovdarovun qudasıdır.
Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930