"Neftçi"nin rəqibi yeni futbolçular alır

Futbol 11 avqust 2020
0

“Neftçi”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniyanın "Şkupi" klubu heyətinə yeni futbolçular cəlb etmək niyyətindədir. 

"Newscafe" "Ekipa" nəşrinə istinadən xəbər verir ki, klub ölkənin digər təmsilçisi "Vardar"dan Vladika Brdarovski, Ali Adem və Daniel Avramovski ilə maraqlanır.

Klubun idman direktoru Omer Bunyaku bu oyunçuların mümkün keçidi ilə bağlı danışıqların davam etdiyini söyləyib. Avramovski legioner həyatı yaşamaq istəyir və bu səbəbdən onun keçidi real görünmür. 

Qeyd edək ki, avqustun 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” matçı saat 20:00-da start götürəcək. "Şkupi" daha əvvəl Azərbaycan millisinin sabiq müdafiəçisi Elvin Yunuszadəni də transfer edib.

 

 

 

 

Report

Oxşar xəbərlər
Təqvim
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31