"Neftçi TV" yayıma başlayır

Tural İbadlı Futbol 20 iyul 2020
0
"Neftçi" klubunun televiziyası bu gün yayıma başlayır.
"NewsCafe" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ilk efir vaxtı saat 12:00-da start götürəcək.
Hər gün saat 12:00-dan 16:00-dək "Youtube” vasitəsilə yayım olacaq.
Qeyd edək ki, "Neftçi TV”də klubun gündəlik həyatı ilə bağlı məlumatlar, maraqlı müsahibə və açıqlamalar, müxtəlif əyləncəli proqramlar, əsas komandanın yoldaşlıq görüşlərindən, eləcə də "Neftçi-2” və aşağı yaş qrupu komandalarının bəzi oyunlarından canlı yayımlar, həmçinin müxtəlif verilişlər də olacaq.
Oxşar xəbərlər
Təqvim
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031