Gələn il Azərbaycanda 75 milyard manatlıq ÜDM proqnozlaşdırılır

Maliyyə-Biznes | Sosial 03 sentyabr 2020
0


2021-ci ildə Azərbaycanda 75,4 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal ediləcəyi gözlənilir.

“NewsCafe” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun 31,8 milyard manatlıq hissə xidmət, 25 milyard manatlıq hissəsi sənaye,  5,7 milyard manatlıq hissəsi tikinti, 5,6 milyard manatlıq hissəsi isə kənd təsərrüfatı sektorlarında istehsal olunacaq, məhsula     və idxala    xalis    vergilər isə  7,3 milyard   manat  təşkil edəcək.

Sənayenin qeyri-neft sektorunda 8,1%, neft  sektorunda   isə 3%  artım  gözlənilir. Pandemiyadan  zərər   çəkmiş  sahibkarlıq subyektlərinədövlət dəstəyinin göstərilməsi, vergi güzəştləri vəeləcədəgüzəştli kreditlərəçıxış imkanlarının  genişləndirilməsi,    o     cümlədən    bu    istiqamətdəplanlaşdırılan  tədbirlərin reallaşdırılması  vəreal   sektorda  iqtisadi  aktivliyin   yenidən əvvəlki səviyyədəbərpa   edilməsi nəticəsində ortamüddətli   dövr  üzrə ən  yüksək real artım turizm və informasiya-rabitə sektorları üzrə proqnozlaşdırılır.

 

Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930