“Bravo” 6 500 manat cərimələndi

Daxili xəbərlər | Sosial 16 sentyabr 2020
0

Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Supermarket” MMC-nin (Bravo) inzibati qaydada cərimə edilməsi barədə məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

NewsCafe”nin "Report"a istinadən verdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən apellyasiya şikayəti təmin edilməyib və şirkətin 6 500 bmanat cərimə edilməsi barədə Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Yasamal Rayon Məhkəməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin protokoluna əsasən, “Azərbaycan Supermarket” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə təqsirli bilib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930