“Kontakt Home” mağazası cərimələndi

Tural İbadlı Məhkəmə 06 may 2020
0
Yasamal Rayon Məhkəməsi "ABC Telekom” MMC-nin (“Kontakt Home” mağazalar şəbəkəsi) inzibati qaydada cərimə edilməsi barədə qərar çıxarıb.
"NewsCafe" xəbər verir ki, qərara əsasən, şirkət 96 ABŞ dolları (inzibati xətanın obyekti olmuş 480 ABŞ dollarının 20% məbləğində) cərimə edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.
Yasamal Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Hüseyn Əhmədovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, "ABC Telekom” (“Kontakt Home” mağazalar şəbəkəsi) məişət avadanlıqları və mobil telefonların satışını həyata keçirən şirkətdir.
"Kontakt Home"nin hazırda Bakı, Xırdalan, Sumqayıt və Gəncə şəhəri daxil olmaqla 23 mağazada fəaliyyət göstərir.
@Kazus.Az
Oxşar xəbərlər
Təqvim
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031