Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tenderlərə 13,3 mln manat xərcləyəcək

Maliyyə-Biznes | Sosial 21 sentyabr 2020
0

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Samux rayonu ərazisində 200 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 4 mərtəbəli 9 binanın tikintisi (9 Lot), həmçinin  144 şagird yerlik məktəb binasının tikintisi (10), eləcə də klub-icma mərkəzinin tikintisi (11) və 50 yerlik uşaq bağçasının tikintisi (12) ilə bağlı elan etdiyi 12 açıq tenderə yekun vurub. 

"NewsCafe" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Turan.İ.O"(1 və 2-ci Lot), “Tunel-Metro İnşaat” (3 və 6 Lot), "Konsept Holding" MMC(4 lot), “Rabitəİnşaat” ASC(5 lot), "Alıbəyli Şirkəti" (7 Lot), "M.Nazimoğlu" (8 Lot), “Simmetriya”(9 Lot), "Minera" (10 Lot), “Azertikinti-M”(11 Lot) və “Kür-Araz Şirkəti” (12 Lot) MMC-lərdir.

Qalib şirkətlərə 13 310,2 min manat ödəniləcək.

Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930