“Şöhrət” ordenli eks deputata 6,6 mln manatlıq tender verildi

Maliyyə-Biznes | Sosial 17 avqust 2020
0

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. 

"NewsCafe" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Azərsutəchizattikinti” ASC-dir.

Qalib şirkətə 6 685,5 min manat ödəniləcək.

Qeyd edək ki, “Azərsutəchizattikinti”I 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 24 442 manat, qanuni təmsilçisi isə Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, “Şöhrət” ordenli Mirzəcan Xəlilov Mirzəmməd oğludur.

Oxşar xəbərlər
Təqvim
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31